Cəlilabad.com · Azərbaycan xəbərləri01.11.2026
Cəlilabad.com Live TV
Cəlilabad +13°C Buludlu OpenWeather
Təcili xəbər
Dünya

Abramyan: Ermənistanda revanşizmin olmadığını göstərmək üçün konstitusiyanı dəyişdirməliyik

Abramyan: Ermənistanda revanşizmin olmadığını göstərmək üçün konstitusiyanı dəyişdirməliyik

“Azərbaycana Ermənistanda revanşizmin olmadığını göstərmək üçün ictimaiyyət konstitusiya dəyişikliyini dəstəkləməlidir”.Teleqraf xəbər verir ki, bunu erməni siyasi analitik Qor Abramyan deyib.

“Əgər ictimaiyyət konstitusiyaya dəyişikliklərə “yox” desə, Azərbaycan Ermənistanda revanşist ideologiyasının olduğunu göstərmək üçün qanuni əsas əldə edəcək”, - ekspert əlavə edib.Ermənistan Baş naziri Nikol Paşinyan dünən bəyan edib ki, konstitusiya dəyişikliyinə dair qanun layihəsi parlament müxalifətinin maneəsi ilə üzləşsə, hökumət növbədənkənar parlament seçkiləri də daxil alternativ variantlara üz tutacaq.

Reklam

Söhbət Azərbaycana qarşı ərazi iddiasının yer aldığı məqamın Ermənistan konstitusiyasından çıxarılmasından gedir. Bu, rəsmi Bakının yekun sülh sazişinin imzalanması üçün əsas və son tələbidir.

Oxucu şərhləri

0 təsdiqlənmiş şərh

Hələ təsdiqlənmiş şərh yoxdur. İlk şərhi siz yaza bilərsiniz.

Əlaqəli xəbərlər

Eyni kateqoriyadan daha çox xəbər