Cəlilabad.com · Azərbaycan xəbərləri01.11.2026
Cəlilabad.com Live TV
Cəlilabad +13°C Buludlu OpenWeather
Təcili xəbər
İdman

“Beşiktaş” və “Qalatasaray” eyni futbolçunu transfer etmək istəyir

“Beşiktaş” və “Qalatasaray” eyni futbolçunu transfer etmək istəyir

Türkiyənin “Beşiktaş” və “Qalatasaray” klubları Moskva MOİK-in yarımmüdafiəçisi Matvey Kislyakı transfer etmək istəyir.

Bu barədə türkiyəli jurnalist Burak Eren “X” sosial şəbəkəsində məlumat yayıb.İstanbul təmsilçiləri futbolçunu stadiondan canlı izləmək üçün nümayəndələrini göndəriblər. 

Lakin MOİK oyunçunu satmaqda maraqlı deyil və onun üçün 35-40 milyon avro tələb edir.Transfermarkt portalı yarımmüdafiəçinin bazar dəyərini 25 milyon avro qiymətləndirir.

Reklam

Qeyd edək ki, Kislyak bu mövsüm bütün turnirlərdə 16 matçda iştirak edib və 3 məhsuldar ötürmə ilə yadda qalıb. 

Onun Moskva klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.

Oxucu şərhləri

0 təsdiqlənmiş şərh

Hələ təsdiqlənmiş şərh yoxdur. İlk şərhi siz yaza bilərsiniz.

Əlaqəli xəbərlər

Eyni kateqoriyadan daha çox xəbər