ABŞ vasitəçilərə İranın nüvə proqramından imtina etməsinin istənilən danışıqların əsas şərti olacağını bildirib.Teleqraf xəbər verir ki, bu barədə “Al-Arabiya” telekanalı mənbələrə istinadla məlumat yayıb.Qeyd olunub ki, vasitəçilər İranla nüvə obyektlərinə beynəlxalq müfəttişlərin buraxılması müqabilində ölkənin dondurulmuş aktivlərinin bir hissəsinin sərbəst buraxılması məsələsini də müzakirə edirlər.