Cəlilabad.com · Azərbaycan xəbərləri01.11.2026
Cəlilabad.com Live TV
Cəlilabad +13°C Buludlu OpenWeather
Təcili xəbər
İqtisadiyyat

“Bitcoin”in qiyməti 80 min dollardan aşağı düşüb

“Bitcoin”in qiyməti 80 min dollardan aşağı düşüb

Kriptovalyuta bazarında ucuzlaşma davam edir. Son 24 saat ərzində əsas rəqəmsal aktivlərin əksəriyyətində qiymət azalması qeydə alınıb.

“APA-Economics” xəbər verir ki, “CoinMarketCap” platformasının məlumatına əsasən, “Bitcoin” son sutkada 1,68% ucuzlaşaraq 79 437,38 ABŞ dollarına enib. Kriptovalyutanın qiyməti son 7 gündə 3,59%, son 30 gündə isə 5,36% azalıb. “Bitcoin”in bazar kapitallaşması 1,60 trln. dollardan aşağı düşüb.

“Ethereum” 2,53% ucuzlaşaraq 2 300,21 dollara, BNB 1,06% azalaraq 735,75 dollara düşüb. “Zcash” 2,43% dəyər itirərək 1 181,69 dollara, “Monero” isə 3,75% geriləyərək 589,63 dollara enib.

“Bittensor” 1,67% ucuzlaşaraq 248,04 dollara, “Solana” 2,23% azalaraq 100,04 dollara düşüb. Bununla yanaşı, “Quant” 4,51% bahalaşaraq 190,53 dollara yüksəlib.

Reklam

Qızıl əsaslı kriptovalyutalarda isə müsbət dinamika müşahidə olunub. “PAX Gold” (PAXG) 0,44% bahalaşaraq 4 016,89 dollara, “Tether Gold” (XAUT) isə 0,40% artaraq 4 006,98 dollara çatıb.

“CoinMarketCap 20” indeksi son 24 saatda 1,58% azalaraq 161,21 bənd təşkil edib.

Analitiklər bildirirlər ki, kriptovalyuta bazarındakı eniş investorların riskli aktivlərə münasibətdə ehtiyatlı davranması və satış təzyiqinin güclənməsi ilə əlaqəli ola bilər. Əsas kriptovalyutaların ucuzlaşdığı şəraitdə qızıl əsaslı rəqəmsal aktivlərin bahalaşması isə bazarda fərqli investisiya istiqamətlərinə marağın artdığını göstərə bilər.

Oxucu şərhləri

0 təsdiqlənmiş şərh

Hələ təsdiqlənmiş şərh yoxdur. İlk şərhi siz yaza bilərsiniz.

Əlaqəli xəbərlər

Eyni kateqoriyadan daha çox xəbər