Cəlilabad.com · Azərbaycan xəbərləri19.11.2026
Cəlilabad.com Live TV
Cəlilabad +18°C Buludlu OpenWeather
Təcili xəbər
Google-da Cəlilabad.com-a abunə olYeni xəbərləri Google axtarışında daha tez gör Abunə ol Cəlilabad

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı incəsənət xadimlərini qəbul edib

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı incəsənət xadimlərini qəbul edib

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Xalq artisti Nurəddin Mehdixanlını və Əməkdar artist Yusif Mustafayevi qəbul edib.

Görüş zamanı Rafiq Cəlilov Xalq artisti Nurəddin Mehdixanlını teatr və kino sənətinin inkişafındakı xidmətlərinə və 70 illik yubileyi münasibətilə, Əməkdar artist Yusif Mustafayevi isə rayonun mədəni-ictimai həyatında fəal iştirakına və milli musiqi sənətinin təbliğindəki xidmətlərinə görə Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edib. Hər iki sənətkara xatirə hədiyyələri təqdim olunub.

Söhbət zamanı Rafiq Cəlilov sənətkarların Azərbaycan mədəniyyətinin inkişafına verdikləri töhfələri, uzunillik səmərəli yaradıcılıq fəaliyyətlərini, milli-mənəvi dəyərlərin qorunub saxlanılması və təbliği istiqamətində xidmətlərini yüksək qiymətləndirib.

Reklam

Rayon rəhbəri Nurəddin Mehdixanlının teatr və kino sənətinin inkişafında, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm xidmətlər göstərdiyini qeyd edib. Həmçinin Yusif Mustafayevin yüksək ifaçılıq məharəti və səmərəli yaradıcılıq fəaliyyəti ilə Azərbaycan musiqi sənətinə verdiyi töhfələri xüsusi vurğulayıb.

Rafiq Cəlilov sənətkarları təbrik edərək onlara möhkəm cansağlığı, uzun ömür və gələcək yaradıcılıq fəaliyyətlərində uğurlar arzulayıb.

Oxucu şərhləri

0 təsdiqlənmiş şərh

Hələ təsdiqlənmiş şərh yoxdur. İlk şərhi siz yaza bilərsiniz.

Əlaqəli xəbərlər

Eyni kateqoriyadan daha çox xəbər