Yeni doğulmuş körpələrdə ən çox rast gəlinən problemlərdən biri qaz sancısıdır. Bu hal körpələrdə narahatlığa, ağlamağa və yuxu pozuntusuna səbəb olur.
Körpələrdə qaz sancısını azaltmaq üçün düzgün qidalandırma mövqeyi, kürək və qarın nahiyəsinə yüngül masaj, eləcə də ayaqların velosiped hərəkətinə bənzər şəkildə hərəkət etdirilməsi tövsiyə olunur.Qazın çıxmasına kömək etmək üçün körpəni çiyinə söykəyərək dik vəziyyətdə saxlamaq, kürəyini yüngülcə sığallamaq və ya qarnı aşağı vəziyyətdə dizlərin üzərinə yerləşdirərək kürəyini masaj etmək olar.




Oxucu şərhləri
0 təsdiqlənmiş şərh