Cəlilabad.com · Azərbaycan xəbərləri01.11.2026
Cəlilabad.com Live TV
Cəlilabad +13°C Buludlu OpenWeather
Təcili xəbər
Cəlilabad

Cəlilabadlı "TikTok"er "İsican" həbs edildi

Cəlilabadlı "TikTok"er "İsican" həbs edildi

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik davranışlar və yayımlar edən daha bir tiktoker həbs edilib. 

TikTokda "İsican" adıyla yayımlar açan 2001-ci il təvəllüdlü Quliyev İsa Niyazəli oğlu "TikTok" da canlı yayım zamanı söyüş söydüyünə görə polis tərəfindən saxlanılıb. 

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci  (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsi) maddəsi ilə ittiham irəli sürülüb və aidiyyəti üzrə Cəlilabad rayon məhkəməsinə göndərilib. 

Reklam

Cəlilabad rayon Məhkəməsinin yekun qərarı ilə İsa Quliyev 15 sutka inzibati qaydada həbs edilib.

Orxan Rasifoğlu

Oxucu şərhləri

0 təsdiqlənmiş şərh

Hələ təsdiqlənmiş şərh yoxdur. İlk şərhi siz yaza bilərsiniz.

Əlaqəli xəbərlər

Eyni kateqoriyadan daha çox xəbər