FIFA prezidenti Canni İnfantino, U-15 dünya çempionatı və turnirinin Təşkilat Komitəsinin sədri Samir Şərifov və AFFA prezidenti Rövşən Nəcəf mundialın ilk oyun günü çərçivəsində Hövsan Yarış Kompleksini ziyarət ediblər.
Səfər zamanı rəsmilər kompleksdə yaradılmış şəraitlə tanış olub, turnirin ilk oyunlarını izləyiblər. İlk oyun günü ərzində Hövsan Yarış Kompleksində ümumilikdə 92 qarşılaşma nəzərdə tutulub.
FIFA U-15 dünya çempionatı və festivalı ümumilikdə 22–30 oktyabr tarixlərini əhatə edir. Turnirin ilk oyunlarına bu gün start verilib. İlk dəfə keçirilən turnir FIFA üzv 189 milli assosiasiyadan olan gənc futbol istedadlarını Bakıda bir araya gətirir.






Oxucu şərhləri
0 təsdiqlənmiş şərh