Cəlilabad.com · Azərbaycan xəbərləri01.11.2026
Cəlilabad.com Live TV
Cəlilabad +13°C Buludlu OpenWeather
Təcili xəbər
İdman

"Qızıl top"un saytı səhvən mükafatın qalibləri ilə bağlı paylaşım edib

"Qızıl top"un saytı səhvən mükafatın qalibləri ilə bağlı paylaşım edib

"Qızıl top"un rəsmi veb saytı səhvən 2026-cı ilin qalibinin yer aldığı paylaşım edib.

Jurnalist Ben Ceykobs bu barədə "X" sosial şəbəkəsində yazıb.

Üç "qalib" haqqında xəbər yayılıb: Harri Keyn ("Bavariya"), Lamin Yamal ("Barselona") və Kilian Mbappe ("Real").

Reklam

Yetmiş illik yubiley mərasimi 26 oktyabrda London "Palladium" Teatrında keçiriləcək. Bu, Fransadan kənarda keçiriləcək ilk mərasimdir. Məkan kimi İngiltərə paytaxtının seçilməsi "Qızıl top"un ilk qalibinin 1956-cı ildə ingilis futbolçu Stenli Mettyus olması ilə bağlıdır. Mərasimin əsas hissəsi çərşənbə axşamı günü Bakı vaxtı ilə gecə yarısında başlayacaq.

"Qızıl top" Fransanın "France Football" jurnalı tərəfindən təqvim ilinin ən yaxşı futbolçusuna təqdim edilən illik futbol mükafatıdır. Futbolçu üçün ən nüfuzlu fərdi mükafat hesab edilir. 2025-ci ildə onu PSJ və Fransa millisinin oyunçusu Usman Dembele qazanıb. Lionel Messi ən çox - səkkiz mükafata sahibdir.

Oxucu şərhləri

0 təsdiqlənmiş şərh

Hələ təsdiqlənmiş şərh yoxdur. İlk şərhi siz yaza bilərsiniz.

Əlaqəli xəbərlər

Eyni kateqoriyadan daha çox xəbər