Rusiyanın Kemerovo vilayətinin Yagunovo kəndində An-12 təyyarəsinin qəzaya uğraması nəticəsində 17 nəfər həlak olub.APA xəbər verir ki, hadisə şahidlərinin sözlərinə görə, təyyarə hələ havada olarkən alışıb, daha sonra kəskin şəkildə aşağı enərək yerə çırpılıb və partlayıb.***18:56Rusiyanın Kemerovo vilayətində təyyarə qəzası baş verib.“NGS42.RU” portalının xəbərinə görə, qəza nəticəsində ən azı 3 nəfər ölüb.Məlumata görə, hadisə noyabrın 17-də Kemerovo vilayətinin Yagunovo kəndi yaxınlığında qeydə alınıb.Vilayətin qubernatoru İlya Seredyuk hadisəni aviasiya insidenti kimi xarakterizə edib.“Hadisə yerində operativ xidmətlər işləyir. Regional hakimiyyət tərəfindən zəruri köməklik göstərilir”, – qubernator sosial şəbəkə hesabında yazıb.İlkin məlumatlara görə, qəzaya uğrayan təyyarənin "An-12" olduğu müəyyən edilib. Təyyarə ekipajının həlak olduğu bildirilib. Təyyarədə 13 nəfərin olduğu ehtimal edilir.Hadisənin səbəbləri və digər təfərrüatlar araşdırılır.
Rusiyanın Kemerovo vilayətində "An-12" qəzaya uğrayıb, 17 nəfər həlak olub - YENİLƏNİB
Bizi Telegram-da izləƏn son xəbərləri kanalımızda izləyin



Oxucu şərhləri
0 təsdiqlənmiş şərh