Cəlilabad.com · Azərbaycan xəbərləri01.11.2026
Cəlilabad.com Live TV
Cəlilabad +13°C Buludlu OpenWeather
Təcili xəbər
Hadisə

Salyanda oğlu anasını, atasını və qardaşı arvadını bıçaqlayıb - ölən var

Salyanda oğlu anasını, atasını və qardaşı arvadını bıçaqlayıb - ölən var

Salyan rayonunda bir ailənin üç üzvü bıçaqlanıb, onlardan biri ölüb.

Hadisə rayonun Sarvan kəndində qeydə alınıb.

Belə ki, ailənin oğlu anasını, atasını və qardaşı arvadını bıçaqlamaqda şübhəli bilinir.

Nəticədə ana - 1971-ci il təvəllüdlü İsmayılova Çiçək Musa qızı aldığı xəsarətlərdən ölüb, digər iki yaralı xəstəxanaya yerləşdirilib.

Yaralıların 1966-cı il təvəllüdlü İsmayılov Ağabala Ramazan oğlu və onun gəlini, 1988-ci il təvəllüdlü İsmayılova Təranə Bahadır qızı olduğu bildirilir.

Reklam

Hadisənin başvermə səbəbi hələlik məlum deyil.

Hadisəni törətməkdə şübhəli bilinən 1998-ci il təvəllüdlü Pərvin İsmayılov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Salyan Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə oktyabrın 27-də saat 13:30 radələrində 2 nəfər (1 kişi, 1 qadın) xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Müxtəlif bədən xəsarətləri alan pasiyentlər üzərində hazırda cərrahi əməliyyat icra olunur. 1 nəfərin vəziyyəti ağır, digər şəxsin vəziyyəti isə orta ağır qiymətləndirilir.

Oxucu şərhləri

0 təsdiqlənmiş şərh

Hələ təsdiqlənmiş şərh yoxdur. İlk şərhi siz yaza bilərsiniz.

Əlaqəli xəbərlər

Eyni kateqoriyadan daha çox xəbər