Dövlət icra məmuru vəzifəsinə qəbulla bağlı 12 iyul 2026-cı il tarixində keçirilmiş test imtahanında müvəffəqiyyət qazanmış, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunla müəyyən edilmiş tələblərə cavab verən namizədlərlə 11 noyabr tarixindən söhbət keçirilməsinə başlanılacaq.
APA xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyasından bildirilib.
Qeyd olunub ki, söhbət Nazirliyin inzibati binasında (ünvan: Bakı şəhəri, İnşaatçılar prospekti 1) fərdi qaydada keçiriləcək və onun vaxtı barədə hər bir namizədə əvvəlcədən məlumat veriləcək.




Oxucu şərhləri
0 təsdiqlənmiş şərh