Cəlilabad.com · Azərbaycan xəbərləri01.11.2026
Cəlilabad.com Live TV
Cəlilabad +19°C Buludlu OpenWeather
Təcili xəbər
Cəmiyyət

Noyabrın 1-i Beynəlxalq Veqan Günüdür

Noyabrın 1-i Beynəlxalq Veqan Günüdür

Beynəlxalq Veqan Günü 1994-cü il noyabrın 1-də, Veqan Cəmiyyətinin 50-ci ildönümü münasibətilə Londonda təsis olunub.

Celilabad.com xəbər verir ki, veqan sözü ilk olaraq Donald Uotson tərəfindən işlədilib və "vegetarian" ingilis sözünün birinci üç və son iki hərfinin birləşməsindən əmələ gəlib. 

Həmin termin 1944-cü il noyabrın 1-də Londonda Uotson tərəfindən əsası qoyulmuş “Veqan” Cəmiyyətində istifadə olunmağa başlanılıb.

Reklam

Veqanizm sərt vegetarianlığı nəzərdə tutan həyat tərzidir. Veqanlar yalnız və yalnız bitki mənşəli, yəni tərkibində heyvan mənşəli komponentləri tamamilə istisna edən məhsullarla qidalanırlar. 

Onlar təkcə ət və balıq məhsullarından deyil, həm də heyvan mənşəli hər bir məhsuldan, o cümlədən yumurta, süd və baldan imtina edirlər. Veqanlar dəri, xəz, yun və ipək paltarlardan, habelə heyvanlar üzərində sınaqdan keçirilmiş məhsullardan da istifadə etmirlər.

Həmin qidalardan imtina edilməsi ən müxtəlif səbəblərlə izah oluna bilər, lakin əsas səbəb veqanların heyvanların öldürülməsi və onlarla amansız rəftar edilməsi kimi hallardan uzaq olmaq istəyidir.

Oxucu şərhləri

0 təsdiqlənmiş şərh

Hələ təsdiqlənmiş şərh yoxdur. İlk şərhi siz yaza bilərsiniz.

Əlaqəli xəbərlər

Eyni kateqoriyadan daha çox xəbər