Cəlilabad.com · Azərbaycan xəbərləri01.11.2026
Cəlilabad.com Live TV
Cəlilabad +13°C Buludlu OpenWeather
Təcili xəbər
Hadisə

Lerikdə qanunsuz qızıl axtaranlara qarşı əməliyyat - Ölən var

Lerikdə qanunsuz qızıl axtaranlara qarşı əməliyyat - Ölən var

Oktyabrın 20-si gecə saatlarında Lerik rayonunun dağlıq ərazisində qanunsuz qazıntı işləri apararaq qızıl axtaran 3 nəfər polis tərəfindən müəyyən olunub.

“Celilabad.com” Oxu.Az-a istinadən xəbər verir ki, həmin şəxslər saxlanılarkən müqavimət göstərərək qaçmağa cəhd ediblər. Bu zaman qaçan şəxslərdən R.Səfərov qayalıqdan dərəyə yıxılaraq aldığı xəsarətlərdən ölüb. Digər şəxs E.Kərimov saxlanılıb.

Hadisə yerindən deşici alətlər və dinamitə bənzər, kustar üsulla hazırlanmış partlayıcı qurğu aşkar olunaraq götürülüb.

Reklam

Hazırda hadisənin digər iştirakçısının müəyyən edilərək saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

Məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin regional qrupundan təsdiqləyiblər.

Oxucu şərhləri

0 təsdiqlənmiş şərh

Hələ təsdiqlənmiş şərh yoxdur. İlk şərhi siz yaza bilərsiniz.

Əlaqəli xəbərlər

Eyni kateqoriyadan daha çox xəbər