Cəlilabad.com · Azərbaycan xəbərləri01.11.2026
Cəlilabad.com Live TV
Cəlilabad +13°C Buludlu OpenWeather
Təcili xəbər
Hadisə

Salyanda evə düşən ildırım yanğına səbəb olub

Salyanda evə düşən ildırım yanğına səbəb olub

Salyan rayonunun Şorsulu kəndində ildırım fərdi yaşayış evinə düşüb, nəticədə yanğın baş verib.

Hadisə kənd sakini Maarif Məmmədovun evində səhər saat 5 radələrində qeydə alınıb.

Reklam

Yanğın nəticəsində evin bir otağı tamamilə yanaraq yararsız hala düşüb, evə və əşyalara ciddi ziyan dəyib.

Salyan Dövlət Yanğından Mühafizə İdarəsinin əməkdaşlarının operativ müdaxiləsi ilə alovun digər otaqlara keçməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmayıb.

Oxucu şərhləri

0 təsdiqlənmiş şərh

Hələ təsdiqlənmiş şərh yoxdur. İlk şərhi siz yaza bilərsiniz.

Əlaqəli xəbərlər

Eyni kateqoriyadan daha çox xəbər